Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Pambıq və tütün əkənlərə subsidiyar yeni qaydalarla veriləcək

Pambıq və tütün əkənlərə subsidiyar yeni qaydalarla veriləcək

Nazirlər Kabineti “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nı təsdiq edib.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli sərəncamlarına əsasən istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya müəyyənləşib.

Moderator.az Fins.az-a istinadən xəbər verir ki, qaydaya əsasən subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödəniləcək. Rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri tərəfindən həyata keçiriləcək.

İstehsalçıların emal müəssisələrinə satdıqları pambıq və tütünün miqdarına görə subsidiya Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı ilə yaradılmış Respublika Komissiyasının qərarı əsasında veriləcək.

Qaydalara görə, istehsalçı subsidiya almaq üçün ərizəsini iyunun 1-dək kənd ərazi komissiyasına təqdim etməlidir. Kənd təsərrüfatı idarəsi kənd ərazi komissiyalarından daxil olan məlumatları 90 gün müddətində təhlil edir və zəruri məlumatları kənd ərazi komissiyaları ilə birlikdə dəqiqləşdirməlidir.

Emal müəssisələri icmal siyahıları tütün üzrə cari ilin noyabrın 30-dək, pambıq üzrə isə cari ilin dekabrın 20-dək kənd təsərrüfatı idarəsinə təqdim etməlidir. İstehsalçı satdığı pambıq və tütünün miqdarına görə verilən subsidiyanı almaq üçün ərizəsini tütün üzrə cari ilin noyabrın 30-dək, pambıq üzrə isə cari ilin dekabrın 15-dək kənd ərazi komissiyasına təqdim etməlidir.

Ərizəyə emal müəssisəsinə satılmış pambıq və tütünün alqı-satqısına dair qaimə, pambığın və tütünün qəbulu qəbzləri əlavə edilməlidir. Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə fevralın 20-dən başlayaraq subsidiyanın istehsalçının hesabına 30 gün müddətində köçürülməsini təmin edəcək.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın