Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / “Palmali”şirkətlər qrupuna məxsus gəmidə FACİƏ – FOTO

“Palmali”şirkətlər qrupuna məxsus gəmidə FACİƏ – FOTO

“Palmali” şirkətlər qrupuna məxsus gəmidə bədbəxt hadisə baş verib. Bu barədə şirkətin prezidenti Mübariz Mənsimov məlumat verib.
Moderator.azxəbər verir ki, o,  şirkətin  şəxsi “İnstagram” hesabında gəmilərdən birində baş verən bədbəxt hadisə nəticəsində 10 illik yaxın dostunu itirdiyini bildirib:
“Çox ağır bir həftəsonu keçirdik. Üzülərək bildirmək istəyirəm ki, “Palmali” ailəsinə ağır itki üz verib. 10 ildən çox çiyin-çiyinə gəmidə bərabər çalışdığımız Ceyhun qardaşımız bədbəxt hadisə nəticəsində həyatını itirib. Ailəsinə başsağlığı və səbr diləyirəm. Yerini doldura bilmərik, ancaq o iki balasına – Nurcahanla Ləmana hər zaman dayaq olmağa çalışacağıq. Onların hər zaman yanında olacaq, üzüntülərini üzüntümüz, sevinclərini sevincimiz biləcəyik. Belə bir hadisənin önünə keçə bilmədiyimiz üçün də son dərəcə üzgünük. Kaş ki, qarşısını almağa imkanımız olsaydı… Kaş ki, onun ölümünə mane ola bilsəydik. Şair Yəhya Kamal Bəyatlı demişkən:
“Artıq dəmir almaq günü gəlmişsə zamandan,
Məchulə gedən bir gəmi qalxar bu limandan”.
Bəli, qədərə hökm etmək, dəyişdirmək insan oğlunun əlində deyil. Ancaq bu gücsüzlük qarşısında insan daha da əzilir, kövrəlir.
Bir daha Ceyhun qardaşımızın uşaqlarının gözündən, valideynlərinin əllərindən öpür, bu ağır hadisədən dolayı nə qədər ola bilirlərsə, səbrli olmalarını diləyirəm. Məkanı cənnət olsun. Allah rəhmət eləsin”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …