Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Pakistanlılar Bakıda hosteldə həmyerlilərinin başına “oyun açdılar”

Pakistanlılar Bakıda hosteldə həmyerlilərinin başına “oyun açdılar”

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Pakistan vətəndaşına qarşı soyğunçuluq etmiş üç xarici vətəndaşı saxlayıb.

Bu barədə Oxu.Az-a Yasamal Rayon Polis İdarəsindən məlumat daxil olub.

Cinayətin üstü aprelin 2-də açılıb.

Məlum insident aprelin 1-də Qırmızı Şərq küçəsində fəaliyyət göstərən hosteldə baş verib.

Pakistan vətəndaşları 31 yaşlı Cabbar Aslam, 27 yaşlı Sabir Aslam və sonuncunun həyat yoldaşı 24 yaşlı Sabir Soniya həmyerliləri Zahir Umayranın əl-qolunu və qışqırmasın deyə ağzını bağlayıblar. Onlar pakistanlını belə vəziyyətdə doqquz saata yaxın saxlayıb. 

Bu müddət ərzində ona dəfələrlə fiziki xəsarətlər yetiriblər. Həmin şəxslər Z.Umayradan 250 manat nağd pul, ümumilikdə 1200 manatdan çox pul vəsaitinin olduğu bank kartlarını və mobil telefonunu oğurlayıblar.

İlkin dindirilmələri zamanı pakistanlı şübhəlilər zərərçəkənin onlara aviabilet alacağı vədi ilə müəyyən məbləğdə pul aldığını, sonra isə vədini yerinə yetirmədiyini iddia edib. Bu səbəbdən tərəflər arasında münaqişə yaranıb.

Xarici vətəndaşlara qarşı Azərbaycan CM-nin 181-ci maddəsi ilə cinayət işi açılıb.

Bu arada, Nəsimi rayon Polis İdarəsinə iki Banqladeş vətəndaşı müraciət edib. Onlar həmyerliləri Sazzadura Rəşid Şakil Xandan şikayət edib. Şikayət ərizəsinə əsasən, sonuncu onların etibarından sui-istifadə edərək 11 min ABŞ dollarını mənimsəyib. Ancaq onlar “ədalət qılıncını öz əllərinə” almaqdan daşınıblar və yardım üçün polisə müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …