Şənbə , Fevral 24 2024
Ana səhifə / Kriminal / Pakistanda azərbaycanlı kamikadze tutuldu

Pakistanda azərbaycanlı kamikadze tutuldu

Pakistanda hüquq-mühafizə orqanları əməliyyat keçirərək qadağan olunmuş “Təhrik-e-Taliban” qruplaşmasının ən çox axtarılan terrorçusunu həbs edib.

Həbs edilən şəxsin “Əmjad” ləqəbli Əbdül Qaffar olduğunu və ondan partlayıcı maddələrin götürüldüyünü bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, saxlanılan şəxs qadağan olunmuş silahlı qruplaşmanın komandiri, “Müfti” ləqəbli Məhəmməd Əlinin yaxın adamı olub.

Hüquq-mühafizə orqanlarının sözçüsü bildirib ki, saxlanılan şəxs 2011-ci ilin oktyabrında Abdulla Şah Qazi ziyarətgahında terror aktını planlaşdırmaqda iştirak edib. Məlumatda qruplaşmanınn Çeçenistandan iki, Azərbaycandan bir və Kəraçidən iki yerli sakin də daxil olmaqla beş kamikadzedən ibarət olduğu bildirilir. Report

Həmçinin oxuyun

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq …