Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Özünü Teslanın heykəlindən asaraq intihar etdi – Rəsmi açıqlama

Özünü Teslanın heykəlindən asaraq intihar etdi – Rəsmi açıqlama

Bakıda 27 yaşlı kişi parkda Nikola Teslanın heykəlindən özünü asaraq intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, mayın 17-də saat 11 radələrində paytaxtın Nərimanov rayon sakini, 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əsgər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, habelə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …