Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Kriminal / Özünü SOCAR-ın yüksək vəzifəlisi kimi təqdim edən şəxs vətəndaşları “tora” saldı

Özünü SOCAR-ın yüksək vəzifəlisi kimi təqdim edən şəxs vətəndaşları “tora” saldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən Sübhan Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiü Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Sübhan Tağıyev özünü bir neçə vətəndaşa Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları şöbəsinin səlahiyyətli şəxsi, digər şəxslərə isə “İdeal” adlı şirkətin müdiri kimi təqdim edib, SOCAR-da geniş əlaqələrə malik olduğunu deyib. O, həmin şəxslərə adının isə ”     Akşin” olduğunu söyləyərək onları işə düzəldəcəyi vədini verib. Sübhan Tağıyev aldatdığı vətəndaşlardan ümumilikdə 7 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra aldaldıqlarını görən şəxslər hüquq-müdafiə orqanlarına müraciət edib və Sübhan Tağıyev saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Sübhan Tağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və deyib ki, heç bir yerdə işləmir.

Həmçinin oxuyun

Keçmiş arvadının evinə gedərək qarşısına çıxanı BIÇAQLADI – VİDEO

Gəncədə bir ailənin 3 üzvü bıçaqlanıb. Bu azmış kimi kömək üçün gələn qonşu da xəsarət …