Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Kriminal / Özünü qumbara ilə partladan müəllimin FOTOSU YAYILDI – TƏFƏRRÜAT

Özünü qumbara ilə partladan müəllimin FOTOSU YAYILDI – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonunun mərkəzində müəllim “F-1” əl qumbarasını partladaraq intihar edib.

Unikal.org intiharın təfərrüatları ilə bağlı məlumatlar əldə edib.

Belə ki, özünə qəsd edən 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov Gədəbəy Rayon Peşə Liseyinin müəllimi olub. Liseyin direktoru Şakir Məsumovun verdiyi məlumata görə, mərhum idman müəllimi olub:

“Nemət idman müəllimi idi. Onun hansı səbəbdən bu addımı etməsi bilinmir. Mərhum ailəli olub bir qız övladı var idi. Onun qızı iki dəfə əməliyyat olunmuşdu. Həyat yoldaşının da əməliyyat olunacağı bildirilir. Deyilənə görə sosial problemləri var imiş. Özləri rayonun mərkəzində yaşayırlar. Evə gələrkən yolda özünü partladıb. Mərhum hələ dəfn olunmayıb. Cənazəsini yaşadığı mənzilə gətiriblər”.

 

  • Özünü qumbara ilə partladan müəlliminFOTOSU YAYILDI - TƏFƏRRÜAT

Həmçinin oxuyun

Azərbaycanda işi adamına daha bir cinayət işi açıldı

“Avro Qrand” şirkətinin sahibi Xanlar Cəfərov barəsində daha bir işi başlanıb. X. Cəfərov külli miqdarda …