Ana səhifə / Kriminal / Özünü DTX əməkdaşı kimi təqdim edən qadına cəza kəsildi

Özünü DTX əməkdaşı kimi təqdim edən qadına cəza kəsildi

Bir neçə nəfərə qarşı dələduzluq edən qadın hakim qarşısına çıxarılıb. Atası alim olan həmin qadın özünü DTX işçisi və fond rəhbəri kimi təqdim edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Mirzəyeva Sevinc Faiq qızının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən S.Mirzəyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sevinc Mirzəyeva Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

O, zərərçəkmişlərə Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, əlil ailələrinin evlə təmin olunması üçün yeni fond yaradıldığını və fonda rəhbər təyin edildiyini söyləyib.

İttihama görə, Mirzəyeva zərərçəkmişlərdən onlara əlillər üçün tikilən binadan ev verdirəcəyini, təqaüdə çıxaracağını vəd edib və bu məqsədlə onlardan pul alıb.

Həmçinin oxuyun

Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxslə bağlı yeni qərar

Sumqayıt Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən …