Cümə , Dekabr 8 2023
Ana səhifə / Kriminal / Özünü “12-ci İmam” adlandırdığı deyilən şəxsin 13 il həbsi istənilir

Özünü “12-ci İmam” adlandırdığı deyilən şəxsin 13 il həbsi istənilir

Prokuror özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevə 13 il iş istəyib.
Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, Aqil Babayev zərərçəkmişlərə 2 milyon 500 min manat miqdarında ümumilikdə ziyan vurub.
İttihama görə, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş “12-ci İmam Mehdi” kimi təqdim edib və boy olla dələduzluq əməllərini törədib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Report

Həmçinin oxuyun

Əjdər Ol Ali Məhkəmədə işinə baxılmasını istəmir

2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə …