Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Özbək qadın türkiyəli deputatın evində intihar etdi – Foto

Özbək qadın türkiyəli deputatın evində intihar etdi – Foto

Özbəkistan vətəndaşı Nadirə Qədirova AKP-nin istanbullu millət vəkili Şirin Ünalın evində intihar edib.

“Qafqazino” Türkiyə KİV-nə istinadən xəbər verir ki, deputatın evində çalışan Nadirə Ünalın silahı ilə ürəyinə atəş açaraq özünü öldürüb. 23 yaşlı Nadirə intihardan bir gün əvvəl rəfiqəsi Leylaya “Çox pis şeylər olur. Mən qardaşımın üzünə necə baxaram? Ölmək istəyirəm” deyib.

Nadirənin qardaşı Məhəmməd Əli Qədirov isə bacısının ölümü ilə bağlı bunları deyib:

“Bacımın intiharına səbəb olacaq vəziyyət yox idi. Bu yaxınlarda universitetə hazırlaşmaq üçün kursa başlayacaqdı. Bildiyimiz qədər, Nadirə saat 08.48-də Ünala aid tapança ilə özünü öldürüb. Bilkent xəstəxanasına çatdırılan Nadirə 09.50-də dünyasını dəyişib. Bacım 4 ildir Türkiyədə yaşayırdı. Hər hansı problemi yox idi. İntihar etməsi bizi təəccübləndirdi. Tibbi ekspertiza millət vəkilinin işə qarışmasından sonra sürətlə yekunlaşdı. Nadirənin cənazəsini ölkəmizə aparacağıq”.

Qeyd edək ki, hadisə baş verən zaman Şirin Ünal evdə olub. Millət vəkili insidentlə bağlı danışmaq istəməyib.  

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …