Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Özəl sektorda işləyənlər azalıb

Özəl sektorda işləyənlər azalıb

2016-cı ilin dekabrında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dekabrın 1-dək onların ümumi sayı 1 514,4 min nəfər olub.
2017-ci il yanvarın 1-dək isə muzdla işləyənlərin sayı 1514 min nəfər olub.
Azalma daha çox özəl sektorda müşahidə edilir. Belə ki, 2016-cı ilin dekabrında bu sektorda işləyənlərin sayı 624,1 min nəfər olub. Noyabrda isə bu rəqəm 624,9 min nəfər təşkil edib.
İqtisadiyyatın dövlət sektorunda işləyənlər isə artıb. Ötən ilin noyabrında onların sayı 889,5 min nəfər, dekabrda isə 889,9 min nəfər olub.
Muzdla işləyənlərin 34,1 min nəfəri neft, 1479,9 minnəfəri isə qeyri-neft sektorunda çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin
21,8 faizi məhsul istehsalı sahələrində,
6,8 faizi emal sənayesində,
5,9 faizi tikintidə,
3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində,
2,2 faizi mədənçıxarma sənayesində,
2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı,
1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin
22,2 faizi təhsil,
19,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,
8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,
7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,
4,6 faizi nəqliyyat və anbar təsərrüfatı,
3,8 faizi istirahət, əyləncə və incəsənət,
3,7 faizi peşə, elmi və texniki fəaliyyət,
1,7 faizi maliyyə və sığorta fəaliyyəti,
1,6 faizi informasiya və rabitə,
1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi,
1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,
1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar,
1,1 faizi digər sahələrdə
xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …

Bir cavab yazın