Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Oyuncaq tapançadan qorxu yaratmaq məqsədilə istifadə edənlər var – VİDEO

Oyuncaq tapançadan qorxu yaratmaq məqsədilə istifadə edənlər var – VİDEO

Onlayn alış-veriş saytlarında 65, 85 və 120 manata oyuncaq tapançalar təklif olunur.

Belə tapançalardan son vaxtlar istifadə edənlərin sayı artıb. Maraqlıdır ki, istifadəçilər uşaqlar deyil, əksəriyyəti orta yaşlı insanlardır.

Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə qeyd olunub ki, belə oyuncaq silahları ictimai yerlərdə, beldə və ya avtomobilin görünən yerində gəzdirilməsi hallarına tez-tez rast gəlinir. Bu isə tapançanın orijinal olmadığını bilməyən şəxslərin həyəcanlanmalarına və hətta qorxu keçirmələrinə səbəb ola bilər.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov deyib ki, oyuncaq tapançalardan cinayət məqsədilə istifadə halları qanun qarşısında məsuliyyət yaradır.

Anar Qafarov onu da bildirib ki, bu əşyaların təyinatına uyğun, yəni oyuncaq kimi satışında və alışında, həmçinin istifadəsində heç bir qanunsuzluq yoxdur.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …