Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / “Otelin sahibi oranı əxlaqsız yuvası eləmişdi”- baş redaktorun işində zərərçəkmişlər ifadə verib

“Otelin sahibi oranı əxlaqsız yuvası eləmişdi”- baş redaktorun işində zərərçəkmişlər ifadə verib

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.

Məhkəmədə zərərçəkmişlərdən Xəyalə Məlikova dindirilib. Zərərçəkmiş Habil Vəliyevi bağışladığını və şikayətinin olmadığını deyib.

Hatəm Rəhimov isə zərəçəkmiş kimi dindirilərkən otel işlətdiyi Habil Vəliyevin onu şantaj etdiyini bildirib.

H.Rəhimov ona 22 min manat zərər vurulduğunu söyləyib:

“Otelə görə məni şantaj edirdilər. 22 min manat pul vermişəm. Pul verəndən sonra yazılar getmədi. Pulu Habilin özü almayıb. Surxay vasitəlisə vermişəm. Hazırda ziyanım ödənilib. Heç bir şikayətim və tələbim olmayıb”.

Bu epizoda Habil Vəliyev də münasibət bildirib.

O, zərərçəkmişlə heç vaxt görüşmədiyini deyib:

Digər zərərçəkmiş şəxs Ramil Quliyev isə bildirib ki, Bakıda firma işlədib və 2015-ci ildən qəzetdə firması ilə bağlı silsilə yazılar gedib.

“Zəng edib səbəbini soruşdum. Dedi ki, “yaxşı edib yazıram”. Dedim səni məhkəməyə verəcəm. Dedi ki, “get neynirsən elə”. Məhkəməyə verdim, Adəm Məmmədov da vəkilim idi. Yaxınlaşdı ki, siz kimsiz məni məhkəmə vermisiz? Başladı şantaj elədi. Məhkəmə zamanı şou yaradırdı. Bunun arxasında böyük adam durduğunu hiss elədim. Ona görə bir daha məhkəməyə getmədim. Mənə pul ziyanı dəyməyib. 4 min pul tələb edirdi. Özü də pulu məndən yox, vəkilim Adəm Məmmədovdan istəyib. Verməmişdim deyə hədə-qorxu gəlirdi. Tutulandan sonra DTX-dan dəvət elədilər. Zərərçəkmiş kimi tanınmışam. İndi şikayətim tələbim yoxdur. Allah qapısını açsın”- deyə zərərçəkmiş qeyd edib.

Təqsirləndirilən Habil Vəliyev zərərçəkmiş şəxsin yalan danışdığını deyib.

“Bu adamdan necə pul istəyə bilərəm? Məni məhkəmə verdilər. Getdim, kameralar var baxa bilərsiz. Məhkəmə başladı, Adəm Məmmədov üstümə qələm atdı, dalınca dəftər. Gözümə zərbə dəydi. Bizi polislər, ədliyyə işçiləri ayırdı. Daha sonda həmin iş üzrə araşdırma başladı. Mən də həmin iş üzrə zərərçəkmiş qismində tanınmışam”- deyə Habil Vəliyev qeyd edib.

Məhkəmə prosesində Habil Vəliyevim bacısı oğlu Pərvin Məmmədov da dindirilib. O, istintaqda fərqli ifadə verib.

Pərvin Məmmədov qeyd edib ki, “Cahargah” otel epizodu üzrə şahid kimi dindirilib.

Pərvin Məmmədov istintaqa verdiyi ifadəsini xatırlamadığını və ifadəsindən imtina etdiyini bildirib:

“”Cahargah” otelinin sahibi Nofəl oranı əxlaqsız yuvası eləmişdi. Biz də yazılar yazırdıq. Nofelin özü redaksiyaya gəldi, Habil müəllim onu qovdu. Sonra Nofel gəlib mənə yaxınlaşdı. Dedim dayımın işinə qarışa bilmərəm. İstintaqdakı ifadəmdən imtina edirəm, onu təzyiq altında vermişəm”.

Məlum olub ki, o istintaqdakı ifadəsində dayısının otel sahibindən 5 min manat pul tələb etdiyini yazıbmış.

Məhkəmə prosesi fevralın 8-də davam edəcək.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …