Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Ötən il Bakıda daşınmaz əmlak bazarında dollar ekvivalentində qiymətlər azalıb

Ötən il Bakıda daşınmaz əmlak bazarında dollar ekvivalentində qiymətlər azalıb

2016-cı ildə Bakı daşınmaz əmlak bazarında qiymətlər dollar ekvivalentində 31,53 faiz azalıb.

Bu məlumatı Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, il ərzində ilkin mənzil qiymətləri dollar ekvivalentində 13,47 faiz azalıb. Təkrar mənzil bazarında isə 32,69 faiz azalma müşahidə olunub.

Ekspert qeyd edib ki, azalma paytaxtın torpaq bazarında da müşahidə olunub. Belə ki, torpaq bazarında dollar ekvivalentində qiymətlər 2016-cı ildə 32,06 faiz azalıb. Kommersiya obyektləri bazarında azalma isə 81 faiz olub.

N.İbrahimov deyib: “Analoji vəziyyət kirayə mənzil bazarında da qeydə alınıb. 2016-cı ildə mənzil icarəsi 22,27 faiz, kommersiya obyekti icarəsi 36,88 faiz azalıb”.

Ekspert bildirib ki, dollardan fərqli olaraq manat ekvivalentində bazarda əsasən artım müşahidə olunub.

“Manat ekvivalentində yalnız təkrar mənzil bazarında azalma olub. 2016-cı ildə bu sahədə qiymətlər 13,68 faiz azalıb. Kommersiya obyekti bazarında qiymətlər 2,6 faiz, ilkin mənzil bazarında 49,99 faiz, torpaq bazarında 19,06 faiz, mənzil icarəsi bazarında 27,94 faiz, kommersiya obyekti icarəsi bazarında 9,41 faiz artım olub”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın