Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Ötən il Azərbaycanda günəş enerjisi istehsalı 16 dəfə artıb

Ötən il Azərbaycanda günəş enerjisi istehsalı 16 dəfə artıb

Ötən il ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 806,0 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2015-ci illə müqayisədə 0,5%-lik azalma müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,7% azalaraq 261,8 mln. manat təşkil edib.

Ötən il Azərbaycanda 23 073,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci il ilə müqayisədə 0,8% çoxdur. Bunun 22 052,1 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2015-ci il ilə müqayisədə 1,1% çoxdur.

Bunun 1 911,9 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2015-ci il ilə müqayisədə 24,1% çoxdur.

Ötən il Azərbaycanda 17,8 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2015-ci ilə nisbətdə 3,1 dəfə çoxdur.

Ötən il ölkədə 66,0 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2015-ci il ilə müqayisədə 16,1 dəfə çoxdur.

Ötən ilin 12 ayında Azərbaycanda 20 056,4 kVt/saat istilik elektrik stansiyalarının enerjisi istehsal olunub ki, bu ötən ilin 12 ayı ilə müqayisədə 1% azdır.
Sosial səhifələrdə paylaş

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın