Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Kriminal / “Oskar” otelində bir uşaq anası ilə cinsi əlaqəyə girmək istədi – aldığı cavaba görə 11 bıçaq vurdu

“Oskar” otelində bir uşaq anası ilə cinsi əlaqəyə girmək istədi – aldığı cavaba görə 11 bıçaq vurdu

Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Unikal.org xəbər verir ki, Sumqayıt Apellasiya Məhkəməsinin hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, N.Əliyevin apellyasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. N.Əliyev, cəzasının 4 ilini qapalı həbsxanasında keçirəcək.

Qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən “Oskar” otelində baş verib.

Belə ki, “Oskar” otelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib. 

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub. 

N.Əliyev qadından ikinci dəfə intim əlaqədə olmağı istəyib. Lakin Aysel imtina edib. Nəriman 200 manat müqabilində otelə gətirdiyi Ayseli əvvəlcə qucaqlayaraq razılığa gətirməyə çalışıb. O, isə işlədiyi gecə klubuna qayıtmaqda israr edib. Bundan hiddətlənən 35 yaşlı kişi onu qətlə yetriməyi qərara alıb. Qətldən sonra N.Əliyev evinə gedib. Səhər polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib.

Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib. N.Əliyev qaçsa da Abşeron rayon Polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, A.Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.

Bir uşaq anası olan A.Orucova doğulduğu kənddə dəfn olunub.

Həmçinin oxuyun

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində və …