Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Orduya dəstək yürüşündə təxribat törədən AXCP üzvləri həbs olundular – VİDEO

Orduya dəstək yürüşündə təxribat törədən AXCP üzvləri həbs olundular – VİDEO

İyulun 14-dən 15-nə keçən gecə Bakıda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verən daha bir qrup şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Artıq Parlament qarşısında xaosa çalışan şəxslərin bəzilərinin kimliyinə və hansı dairəni təmsil etdiklərinə də aydınlıq gətirilib. Saxlanılan şəxslər arasında AXCP Rəyasət Heyətinin üzvləri Asif Yusifli, Bəxtiyar İmanov, ACXP üzvləri İsmayıl Həsənov, Ramid Nağıyev, Şəmsi Rəhimli, Məhəbbət Nağıyev və Ayaz Məhərrəmov da var. Bu şəxslər həmin vaxt zorakılıq hərəkətlərinə yol verdikləri üçün həbs olunublar.

Saxlanılanlardan radikal dindar “Müsəlman Birliyi” adlı hərəkatın tərəfdarları Elçin Məmmədov, Kamil Mahmudov, Emin Hüseynzadə və Tural Vəliyev isə dini və dövlət əleyhinə çağırışlar etdikləri üçün həbs olunublar.

O da bildirilir ki, AXCP bu dəfə aksiyaya koronavirus xəstəsi olan üzvlərini də göndərib. Belə ki, partiya üzvləri olan Məhəmməd İmanlı, Vüqar Vəliyev, Nicat Əlizadə, Nicat İbrahim və Mirmehdi İbrahimov aktiv koronavirus xəstəsi kimi qeydiyyatdadırlar.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …