Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Orduxan Teymurxan haqqında cinayət işi açıldı

Orduxan Teymurxan haqqında cinayət işi açıldı

Azərbaycan Respublikasıı prokurorluğu, sosial şəbəkələrdə Orduxan Teymurxan kimi tanınan Hollandiyada yaşayan siyasi emiqrant, bloger Orduxan Teymurxan oğlu Bəbirova qarşı cinayət işi qaldırıb.

Azinforum.az  contact. az-a istinadən xəbər verir ki, onun haqqında rəsmi axtarış elan edilib

Məlumatda cinayət işinin qaldırılması barədə qərarın noyabrın 29-da Bakı şəhər Nəsimi rayon məhkəməsində verildiyi qeyd olunur.

Orduxan Teymurxan 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşlarl təşkil edilməsi), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunur.

Prokurorluğun mətbuat xidməti və blogerin özü həmin informasiya ilə bağlı hələ ki şərh verməyiblər.

Orduxan Teymurxan sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin sərt tənqidçisi kimi tanınır.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …