Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Oqtay Gülalıyevi vuran sürücü həbs edildi

Oqtay Gülalıyevi vuran sürücü həbs edildi

Avtomobili ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev həbs edilib.

Bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev şəxsi feysbuk hesabında bildirib.
Onun sözlərinə görə, Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verilib. Bundan başqa o, 3 il sürücülükdən məhrum etmə cəzasına məruz qalıb.
Qeyd edək ki, sözügedən hadisə 2019-cu ilin oktyabrın 29-da baş verib. Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən zaman O.Gülalıyevi vurub. Hadisədən sonra hüquq müdafiəçisinin əvvəlcə yerli, daha sonra isə Türkiyə xəstəxanasında müalicəsi aparılıb. Onun hazırda müalicəsi Bakıda davam etdirilir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …