Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / OPEK prezidenti təcili toplantı çağırdı – Neftin qiymətiylə bağlı

OPEK prezidenti təcili toplantı çağırdı – Neftin qiymətiylə bağlı

Neftin qiymətinin 31 dollara düşməsindən sonra Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) martda təcili planlaşmamış toplantı keçirmək niyyətindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, OPEK prezidenti və Nigeriya neft naziri neftin qiymətindəki son rəqəmlərlə bağlı 2 ölkənin təcili toplantı keçirilməsini istədiyini açıqlayıb. Nazir toplantıda neft qiymətlərinin müzakirə ediləcəyini açıqlayıb.

OPEK prezidenti isə bildirib ki, enerji daşıyıcılarının qiyməti artıq o həddə düşüb ki, görüş qaçılmazdır.

Qeyd edək ki, bu gündünyada Brent markalı neft ilk dəfə olaraq 2004-cü ilin fevralından bəri psixoloji baryerdən aşağı – 31 dollara düşüb. ABŞ-ın da öz neftini Şimali Avropa ölkələrinə ixrac etmək istəməsi isə enerjidaşıyıcılarının qiymətinin bir qədər də düşməsinə səbəb ola bilər.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın