Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / OPEC neft hasilatını yenidən azaldacaq

OPEC neft hasilatını yenidən azaldacaq

Yanvar ayı ilə müqayisədə yaxın aylarda OPEC və ona üzv olmayan ölkələrin neft hasilatını azaltması ilə bağlı razılaşmasına daha çox əməl ediləcək. Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd Fərəc əl-Mazrui “Reuters” agentliyinə müsahibəsində bildirib.
Nazir müstəqil mənbələrdən aldığı hesabatlara istinadən qeyd edib ki, yanvar ayında razılaşmaya yaxşı əməl edilib: “Biz, yaxın aylarda hasilatın daha da azaldılacağını gözləyirik”.
Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatına görə, yanvar ayında OPEC üzvləri neft hasilatını gündəlik 1 mln. barel azaldaraq öhdəliklərinə 90% əməl edib. (Report)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın