Bazar , Fevral 25 2024
Ana səhifə / Kriminal / Onlayn üsulla pirotexniki vasitələr satan şəxs saxlanıldı – Video

Onlayn üsulla pirotexniki vasitələr satan şəxs saxlanıldı – Video

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin sosial şəbəkələrdə onlayn satışı ilə məşğul olan 1999-cu il təvəllüdlü İsmayıl İsmayıllı saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onun maşınına baxış zamanı ümumi dəyəri 30 min manata yaxın yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib:
“İ.İsmayıllının pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Həmin şəxs barəsində toplanmış material müvafiq tədbir görülməsi üçün məhkəməyə göndərilib”, – məlumatda deyilir.

Həmçinin oxuyun

Azərbaycanda arvadı ilə birləşib qızını öldürdü

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş …