Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Onlar əhalinin etimadını itiriblər

Onlar əhalinin etimadını itiriblər

Sığorta sistemi müasir dünyada qayğısız yaşamağın təminatçısı hesab olunur. İstər canını, istərsə də əmlakını sığorta etdirən şəxs, sonradan başına gələcəklərdən narahatlıq keçirmir.

Lakin ölkəmizdə bu və ya digər səbəbdən sığorta sisteminə etimadsızlıq var. Sputnik-in əməkdaşı vətəndaşların bu problemə münasibətlərini öyrənmək üçün “Canınızı və malınızı sığortalatmısınızmı” mövzusunda kiçik bir sorğu keçirib. Beləliklə: Azərbaycanda sığorta şirkəti müflis elan edilib Niyaməddin Orduxanlı: “Qanunvericiliyə görə, hər il avtomobillər məcburi qaydada sığortalanmalıdır. Bizim cəmiyyətdə sığorta sahəsinə inam tam formalaşmayıb. Daha doğrusu, ciddi inamsızlıq var. Bunun da səbəbi sığorta şirkətlərinin öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsi ilə bağlıdır. Bu səbəbdən, avtomobilimi icbari sığorta etdirsəm də, evimi sığortalatmamışam”.

Rövşən Ziya: “2008-2013-cü illərdə xarici şirkətlərin birində işləyərkən, icbari tibbi sığortadan keçdim və müsbət nəticəsini də gördüm. Düşünürəm ki, sığortanın bu növü ölkəmizdə tətbiq olunsa, mən mütləq ondan istifadə edəcəm. Hazırda isə sığortanın heç bir növündən istifadə etmirəm. Çünki, əksər jurnalistlər kimi, daşınar və daşınmaz əmlaka sahib deyiləm”.

Bəxtiyar Məmmədli: “Ölkədə sığorta siyasəti düzgün həyata keçirilmir. Baxın, kimsə sığortadan razıdırmı? Xeyir. Güvən olmayan yerdə isə nədənsə söz açmağa dəyməz. Həm də elə qiymətə sığorta edirlər ki, insanların çoxu fikrindən daşınır”.

İsmayıl Əhməd: “Sığortanın heç bir növündən istifadə etmirəm, etmək fikirim də yoxdur. Səbəb etibarımın olmamasıdır”.

Azər Camalov: “Tibbi sığortam var, lakin nə kart veriblər, nə də məlumat. Hansı klinikalarda müayinə-müalicə oluna biləcəyimi bilmirəm. Başqa da heç bir sığortam yoxdur. Məcburi olmasa heç bir sığortadan istifadə etmərəm. Çünki şirkətlərə etibarım yoxdur”.

Əzizə İsmayılova: “Avtomobilim həm icbari, həm də kasko sığortası var. Mənzilim olsaydı, onu da etdirərdim. Canımı isə sığortalamaq mümkünsüzdür, çünki bizim sığorta şirkətləri buna getmir. Sığorta vacibdir və hesab edirəm ki, hər bir vətəndaş onun vacibliyini başa düşməlidir. Hər il büdcəmdən ilk ayırdığım məbləğ sığortalara verməli olduğum ödənişdir. O məbləği başqa heç nəyə sərf etmirəm”.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın