Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / On beş yaşlı gənc məhkəmə zalında həbs edildi

On beş yaşlı gənc məhkəmə zalında həbs edildi

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Azinforum.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sübhan Allahverdiyev 3 il azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə Qaradağ rayonunda baş verib. 2002-ci il təvəllüdlü Sübhan Atakişiyev tanışı Yusif Mehdiyevi çayxanda əvvəl döyüb, sonra bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …