Şənbə , Avqust 13 2022
Ana səhifə / Kriminal / Ölmüş körpənin doğum evindən qaçırılmasının təfərrüatı – VİDEO

Ölmüş körpənin doğum evindən qaçırılmasının təfərrüatı – VİDEO

Ötən gündən etibarən sosial şəbəkələrdə 26 günlük uşağın ailənin razılığı olmadan xəstəxanadan qaçırılması haqda iddialar yayılıb. Avtomobil ilə ikisi tibb işçisi olmaqla 3 nəfər, ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəyib. Məsələ ilə bağlı uşağın atası iddia edir ki, həkimlər körpənin meyitini xəstəxanadan qaçırırdılar. Doğum evindən isə xəstəxanada uşağın ekspertizaya göndərilmək üçün çıxarıldığı bildirilib.

Həkimlər ölmüş körpənin meyitini xəstəxanadan qaçırmaq istəyiblər.

Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. İddia olunur ki, 26 günlük uşağın meyitinin ailənin razılığı olmadan xəstəxanadan qaçırılmasına cəhd edilib. Avtomobillə ikisi tibb işçisi olmaqla, 3 nəfər ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəyib. Körpənin atası Sərxan Dadayev avtomobilin qarşısını kəsərək meyitin xəstəxananın həyətindən çıxarılmasına mane olub.

Valideynlər iddia edirlər ki, uşağın meyiti onların icazəsi olmadan yarılmaq məqsədilə xəstəxanadan çıxarılıb.

Ailənin iddiasına görə, iyunun 30-da dünyaya gələn körpə ginekoloq Nailə Şahbazovanın səhlənkarlığı ucbatından başından zədə və ağır travmalar alıb.

Məsələ ilə bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirildi ki, iyunun 30-da 32 yaşlı Züleyxa Əkbərovanın körpəsi dünyaya gəlib və o, doğulduğu andan neonatal koma vəziyyətində olub. Uşaq öldükdən sonra isə ekspertizaya göndərilməsi üçün hazırlansa da, uşağın valideynləri buna mane olub.

Həkimin məsuliyyətsiz olduğunu iddia edən uşağın nənəsi isə bildirdi ki, xəstəxanada olduğu müddətdə körpəni onlara göstərməyiblər.

İnstitutun dosenti Xəyalə Təhməzi isə bildirdi ki, deyilənlərin əksinə, körpə şöbədə müalicə aldığı müddətdə valideynlər mütəmadi şəkildə məlumatlandırılıb və bunun sübutları da var.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan o da bildirildi ki, meyiti pataloji anatomiya bürosuna aparmaq istəyərkən müəssisənin həyətində uşağın valideynləri və yaxınları avtomobilə hücum ediblər. Bu zaman avtomobili idarə edən İkram Ağayevin çənə nahiyəsinə və Cahan Qənbərovanın isə üzünə xəsarətlər yetirilib. Dəymiş zərərlə və xəstəxana əməkdaşlarının təhqir olunması ilə bağlı hüquq mühafizə orqanlarına məlumat veriləcək.

Həmçinin oxuyun

“Quska“ Prezidentə xahişlə müraciət etdi

Həbsdə olan sabiq deputat, iş adamı Hüseyn Abdullayev (Quska) prezident İlham Əliyevə onun “əsassız cinayət …