Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Ölkəyə maşın gətirilməs kəskin azalıb – Komitə açıqladı

Ölkəyə maşın gətirilməs kəskin azalıb – Komitə açıqladı

Bu ilin yanvar-iyul aylarında Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18 862 ədəd yaxud 1,97 dəfə azalıb.
 Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, ötən ilin 7 ayı ərzində xaricdən Azərbaycana 38 min 338 ədəd avtomobil gətirildiyi halda, bu il ölkəyə 19 min 476 ədəd avtomobil idxal olunub.
Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 660 ədədi yaxud 3,39%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 345 ədədi yaxud 89,06%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 275 ədədi və ya 6,55%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 196 ədədi yaxud 1,01%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin ilk yeddi ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 462 ədəd yaxud 3,3 dəfə artıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2 dəfə yaxud 17 273 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 1988 ədəd yaxud 2,6 dəfə və xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 63 ədəd yaxud 24,32% azalıb.

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın