Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Ölkənin süd məhsulları bazarında yenilik

Ölkənin süd məhsulları bazarında yenilik

Ölkənin süd məhsulları bazarı – istehsalçılar, istehlak həcmi araşdırılıb, dəyərləndiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, süd məhsullarının istehsalını artırmaq üçün yeni layihəyə başlanılacaq. İlkin mərhələdə süd məhsulları istehsalçılarına ünvanlı dəstək göstərilməsi ilə bağlı tövsiyələr hazırlanacaq. Növbəti mərhələdə isə süd məhsulu istehsalı üçün iri və orta ferma və müəssisələrin yaradılması barədə layihələr təklif ediləcək. “Ölkədə süd məhsullarının dəyər zənciri araşdırılacaq və dəstəklənəcək. Dəyər zəncirinin araşdırılması və qiymətləndirilməsi məqsədilə layihəyə beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Tender nəticəsində seçilmiş qlobal “Stewart Routlege MENA” şirkəti ilə müqavilə imzalanıb”, – nazirlikdən əlavə ediblər. .

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın