Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / “Ölkənin maliyyə-kredit sistemi də poliuretan üzlüklə üzlənib”

“Ölkənin maliyyə-kredit sistemi də poliuretan üzlüklə üzlənib”

Tanınmış iqtisadçı Qulu İbrahimli özünün facebook səhifəsində dövlətin maliyyə-kredit siyasətinin mövcud durumuna işıq salan maraqlı bir status paylaşıb. Statusda deyilir:

Yazıdan görsənir ki, təkcə binalar yox, elə ölkənin maliyyə-kredit sistemi də POLİÜRETAN üzlüklə üzlənib və fəsadları ilə üz-üzə qalandan sonra söküntü işləri gedir.Poliüretan təfəkkür hər yerdədir, əslində dövlət indi-indi Sovet quruluşunu, təfəkkürünü dağıdır. Bu quruluş-təfəkkür tam sıradan çıxandan sonra cəmiyyətin, onun maliyyə-kredit sisteminin idarə edilməsində yaxından iştirak etmək iddialarımızı da irəli sürəcəyik.
Mətbuatda Mərkəzi Bank haqqında Qanuna dəyişikliklər çox yanlış şərh olunduğundan, Mülki Məcəlləyə təklif edilən dəyişikliklər isə heç müzakirə olunmadığından, Prezidentin 22 dekabr 2014-cü il tarixli “2015-ci il dövlət büdcəsi haqqında Qanununun tətbiqi barədə” Fərmanından hamının bixəbər olmasına görə, bunlara diqqət cəlb etmək üçün yazımın bir hissəsin paylaşıram və deyirəm: MƏRKƏZİ BANK ƏLAVƏ MANAT ÇAPINA GEDƏCƏK! Rəqəm və diaqramları çıxarıb bəlkə də tam yayımladım (Müzakirə olunası çox ciddi sual ortaya çıxacaq: milli valyutanın məzənnəsi aşağı düşdüyü şəraitdə kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salması nə dərəcədə düzgündür və iqtisad elminin qanunlarına zidd deyilmi? Deyil, PUL BAZASI AŞAĞI DÜŞÜB, MANAT QITLIĞI VAR! DÖVLƏT BÜDCƏSİ KƏSİRİ problemi də var ortada…)

Çoxları üçün senssasiya sayıla biləcək bir qənaətimi ilk dəfə paylaşmaq istəyirəm. Deyəsən, yaxında dövlət pul siyasətində çox mühim bir qərar qəbul edəcək – beynəlxalq təcrübədə son vaxtlar geniş istifadə olunan və “Yumşaq Pul Siyasəti” (və ya “Genişləndirilmiş pul siyasəti”) adlanan pul siyasəti alətini tətbiq edəcək. Bu siyasət dövlət və özəl sektora aid qiymətli kağızların (istiqraz vərəqələri, veksellər), ipoteka istiqrazlarının alınması müqabilində Mərkəzi Bank tərəfindən hər ay bazara milli valyuta (manat) çap edib buraxılmasını ehtiva edir və məqsəd də faiz dərəcəsini aşağı salmaqla resessiyanın qarşısını almaq, iqtisadi fəallığı artırmaqdır. Fikrimcə, hal-hazırda Milli Məclisin müzakirəsində olan Mərkəzi Bank haqqında Qanuna dəyişikliklər və Mülki Məcəlləyə dəyişikliklərlə bağlı qanun layihələri də bu siyasətlə bağlı olmaqla,müvafiq normativ-hüquqi bazanın qaydaya salınmasına xidmət edir.
Həm də xatırladım ki, son illərdə heç rastlanmamış hal kimi, 22 dekabr 2014-cü il tarixli “AR-nın 2015-ci il dövlət büdcəsi haqqında Qanununun tətbiqi barədə” AR-nın Prezidentinin Fərmanının 11-ci madəsində Mərkəzi Banka tapşırılmışdır ki, kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görsün və görülən işlər barədə altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. İndi 2015-ci ilin may ayının son on günlüyündəyik. Mətbuatımızın, sosial şəbəkənin və akademik mühitin gözündən yayınan bu Fərmanın 11-ci maddəsində göstərilən birinci altı aylıq dövrün başa çatmasına bir ay qalır və Mərkəzi Bank gördüyü tədbirlər barədə cənab Prezidentə məlumat verməyə hazırlaşmalıdır.

Mən 22 dekabr 2014-cü il tarixli bu büdcə fərmanının ictimaiyyətin gözündən yayınmasını ona görə xüsusi qeyd etdim ki, 21 fevral 2015-ci il tarixdə Mərkəzi Bankın manatın dollar və avro qarşısında qəfil 34 faizlik devalvasiyası qərarından sonra, hökümətin əvvəlcə manatın ucuzlaşdırılmasını tədricən həyata keçirilməsi niyyətində olması, lakin ölkənin bank sisteminin əsas atributlarından olan Beynəlxalq Bankla əlaqəli qanunsuz hərəktlərin yaratdığı fəsadların buna imkan vermədiyi barədə mətbuatda dedi-qodu xarakterli fikirlər yayıldı. Çünki bu fikirlərdə heç bir açıq mötəbər mənbəyə və hüquqi sənədə istinad olunmurdu. Halbuki, hökümətin manatın ucuzlaşmasına tədricən gedəcəyi və buna paralel digər müaviq pul siyasəti alətlərinin tətbiq olunacağına ən mötəbər sübut, elə Prezidentin adı çəkilən büdcə Fərmanının 11-ci maddəsi idi. 

Həm də, 2007-ci il maliyyə böhranından sonra ABŞ Mərkəzi Bankının (FED) 2008-ci ilin dekabırından icra etməyə başladığı “Yumşaq Pul Siyasəti” proqramını (Quantitative Easing) 2014-cü ilin oktyabrında başa çatdırması ilə dövriyyəyə hər ay 75-85 milyardlıq dollar (sonrakı mərhələdə azaldılıb) emissiyasının dayandırılmasından dərhal sonra dünyada bütün ölkələrin milli valyuta vahidlərinin məzənnəsi dollar qarşısında dəyər itirməyə başlamışdı. Bu ərəfələrdə əmtəə birjalarında neft, qızıl, pambıq və s. əmtəələrin qiymətləri də düşürdü. Dünya iqtisadiyyatında qlobal xarakter alan bu vəziyyət, ölkəmizdə ictimai fikirdə nə qədər yanlış olaraq konkret bir əmtəəyə münasibətdə (neftin ucuzlaşması), hətta geopolitik məzmun qatılaraq (Ukrayna ərazilərinin işğalına görə Rusiyanın cəzalandırılması) dəyərləndirilsə də, hökumət mövcud durumun adını düzgün qoymağı bacarmışdır: ABŞ dollarının bütün əmtəələrə və ölkələrin milli valyutalarına, o cümlədən manata münasibətdə alıcılıq qabiliyyəti yüksəlməklə dəyər qazanmışdır. Ona görə də 2015-ci illə bağlı büdcə qanunvericiliyində Mərkəzi Bankın yaranmış yeni iqtisadi şəraitdə qarşıya qoymalı olduğu məqsədlər kimi, kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması qeyd edilmişdir…”

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın