Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Ölkəmiz Gürcüstana səfər edən turist sayına görəbirinci yerdədir

Ölkəmiz Gürcüstana səfər edən turist sayına görəbirinci yerdədir

Cari ilin ilk altı ayı ərzində Gürcüstana gedən turistlər arasında Azərbaycan vətəndaşları birinci yeri tutur.

Azərtac xəbər verir ki, bu məlumat Gürcüstanın Milli Turizm Administrasiyasından verilən açıqlamada yer alıb. Hesabat dövründə qonşu ölkəyə 737 min 549 Azərbaycan vətəndaşı gedib ki, bu da ötən ilin müvafiq göstəricisindən 7,4 faiz çoxdur. Ölkəmizlə yanaşı, Gürcüstana ən çox Rusiya, İran və Türkiyə vətəndaşları səfər ediblər.

2017-ci ilin yanvar-iyun aylarında Gürcüstana 1 milyon 309 min 982 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faiz artım deməkdir. Bu ilin təkcə iyun ayında Gürcüstana 666 min 493 nəfər turist gedib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın