Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Ölkədə ərzaq satışı dayandırıldı – Market satıcıları bunu firmalarından gələn tapşırıqla əlaqələndirirlər

Ölkədə ərzaq satışı dayandırıldı – Market satıcıları bunu firmalarından gələn tapşırıqla əlaqələndirirlər

Dolların məzənnəsinin qəfil bahalaşması cəmiyyətdə çaşqınlığa səbəb olub. Hazırda “exchange” və banklarda müştərilərə dollar satışı tamamilə dayandırılıb.

Accessbank-ın Badamdar filialına baş çəkən hafta.az-ın əməkdaşı bankdan dollar istəsə də, ala bilməyib. Bankdan əməkdaşımıza bildiriblər ki, onlarda hazırda dollar ehtiyatı azdır.

Dükanlarda isə hazırda ərzaq məhsullarının satışında problem müşahidə olunur. Kent, Viceroy, Vinistin, LD, Vest, Klassik siqaretləri satan firmalar hazırda məhsulun dükanlara paylamasını dayandırıblar. Dükan sahibinin müxbirimizə verdiyi xəbərə görə, siqaret firmasından onlara bildirilib ki, satdıqları məhsulun qiymətlərini 50 faiz bahalaşdırsınlar.

Hafta.az-ın əməkdaşı Vest firmasının ekspeditoru ilə əlaqə saxlayıb. Firmanın satış nümayəndəsinin sözlərinə görə, hazırda onlara firmada bildirilib ki, geri qayıtsınlar:

“Səhər dükanlara mal paylamaq üçün maşınla əraziyə çıxmışdım. Dolların bahalaşma xəbərindən sonra mənə zəng vuraraq geri çağırdılar və bildirdilər ki, qiymətlər yaxın saatlarda bahalaşacaq”.

EF marketin satış təmsilçisi Samir Quliyev də əməkdaşımıza açıqlama verərək, bir sıra firmaların hazırda mal satışını dayandırdığını bildirdi:

“Mağazaya siqaret gətirməli olan firmaların heç biri bu gün əraziyə gəlməyib. Xaricdə istehsal olunan konfet, yuyucu tozu, sabun satan firmaların nümayəndələrindən də hələ ki, xəbər tuta bilmirik. Biz dükanda bütün məhsulları əvvəlki qaydada satırıq. Amma gələcəkdə hansısa məhsulun qiymətində bahalaşma olarsa, günah bizdə yox, məhsulu bizə təqdim edən şirkətlərdə olacaq”.

Digər dükanda müşahidə aparan əməkdaşımız artıq qiymət artımını müşahidə edib. Belə ki, müştəri həmişə 1.90 azn-ə aldığı Winiston siqaretini 2.50 azn-ə alıb. Hazırda dükanlarda qiymət artımı davam etməkdədir.

Gülüstan firmasının satış nümayəndəsi də müxbirimizə açıqlama verərək. Hazırda məhsullarını dükanlara limitlə, nağd qiymətə satdıqlarını bildirib.

Qeyd edək ki, oxşar hallarla bu gün Mia.az-ın da əməkdaşları rastlaşıblar. Marketlər həqiqətən də gündəlik təlabat məhsullarının bir çoxunun satışını dayandırıblar. Onlar yeni qiymət siyasəti müəyyənləşəcəyindən sonra satışı bərpa edəcəklərini deyirlər.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın