Ana səhifə / Kriminal / Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri… VİDEO

Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri… VİDEO

Kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərov bu gün Moskvada qətlə yetirilib. Onu saat 13 radələrində yaşadığı binanın idman zalında güllələyiblər.

Hücumda bir nəfər iştirak edib və ona atəş edilib. Sonuncu güllə onun başından vurulub və sağ qalmaq şansı qalmayıb. Killerin əlində qırmızı çanta olub. O, sakit şəkildə çantanı da götürərək hadisə yerini tərk edib. Qatil atəş açdığı “pistolet-pulemyot”u da həmin çantada gətiribmiş. Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. 1996-cı ildə Azərbaycandan Rusiyaya köçüb və Arxangelskdəki Komsomolskaya mütəşəkkil cinayətkar dəstəsinə qoşulub.2000-ci ildə oğurluq, döymə və öldürmə təhdidi də daxil olmaqla bir neçə sayda cinayətdə təqsirli bilinib və ilk məhkumluğunu yaşayıb. Məhkəmə Alberti 6 il azadlıqdan məhrum edib.

Albert həbsdən çıxdıqdan sonra kriminal aləmin “general”larından sayılan “Ded Xasan”ın klanına daxil ola bilib.Bu klan tərəfindən 2002-ci ildə Sank-Peterburqda keçirilən “sxodka”da “qanuni oğru” adı alıb.

Bundan sonra Albert Gəncinki, Albert Rıjıy, Albert Arxangelsk kimi ayamalarla tanınmağa başlayıb.

Ded Xasan tərəfindən Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib.

Albert Ded Xasanın qətlindən sonra da klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır.

Həmin dövrlərdə Lotu Quli Albetlə eyni klanda olmasına baxmayaraq, aralarında düşmənçilik olub. 2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi o zaman Azərbaycanda həbsdə Lotu Qulinin adının hallandırılması münasibətləri gərginləşdirib. Sifarişdə Lotu Qulinin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəltdi. Albert Rıjıy Piterdə “sxodka” keçirdi və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb oldu, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən “sxodka”da iştirak edən Aliksey Qudına (Lexa İrkutski) Albert Rıjıya sui-qəsdə həmyerlisi Qulinin adının hallanmasına etiraz edir. Qudına iddia edir ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan Qulinin qohumu İlham Hacıyevə tam bəraət verilib. “Muzdlu qatillər” hesab edilənlər isə bəraət aldı.

O zaman Türkiyənin Ədirnə şəhərində bu “söhbətin razborkası” da qanla bitmişdi. Lotu Qulinin qardaşı Namiq Bakinski və ona yaxın digər kriminallar Albert Rıjıy arasında silahlı toqquşma baş vermişdi. Bu toqquşmada Əli Heydərovun mühafizəçisi ölmüş, özü isə canını qurtara bilmişdi.

Həmin vaxt məlumat yayıldı ki, Namiq Bakinski və Lotu Qulinin digər tərəfdarları Albert Rıjıyı “qanuni oğru” titulundan məhrum ediblər.

2017-ci ilin yanvarında Albert 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməkdə, saxta sənəddən istifadə etməkdə və qarətlərdə günahkar bilinirdi.

2018-ci ilin martında isə artıq azadlıqda olan Lotu Quli İstanbuldan “Medvedkovo” həbsxanasında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun “qanuni oğru” adını əlindən aldığını bildirib. Lotu Quli Albert Rıjıya bildirib ki, o, həbsxanada “qanuni oğru” adı altında yatmayacaq.

Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu “qanuni oğru”ları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin “qanuni oğru” adının geri qaytarılmasını xahiş ediblər.

Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Amma Rusiya mətbuatı yazırdı ki, Albert həbsxanada “qanuni oğru” kimi tanınıb və bu məsələdə Piterli “qanuni oğru”lar ona dəstək verib.

Keçən ilin yayında o, vaxtından tez azadlığa buraxılmışdı. Azadlığa buraxılan kimi isə Qulinin daha bir düşməni – Badri Koquaşvili (Kutaisili) ilə bir məclisdə videosunu yayılmışdı.

Kutuzovskdakı gürcü restoranında Badrinin qızının ad günündə bir araya gəliblər. Maraqlıdır ki, Qulinin onların hər ikisinin “qanuni oğru” adına dair şübhələri olsa da, onlar birgə “Dolya Vorovskaya” mahnısını zümzümə edirdilər…

Bu ilin fevralında Moskva vilayətinin Odintsovo şəhərində Albert Rıjinın 40 yaşı münasibəti ilə düzələnmiş ad günü ciddi müzakirələrə səbəb olmuşdu. Belə ki, ad gününün keçirildiyi “Ocaq” restoranına yığışan kriminal avtoritetlər “Albert” üçün sürpriz etmışduilər. Belə ki bir mərasimə dəvət olunan bir neçə artist yubiley gecəsində xüsusi təyinatlılara aid forma geyərək onun qarşısında diz çöküblər. Onların bu hərəkəti Albert Rıjının xoşuna gəlsə də, Rusiya güc strukturlarını bərk qəzəbləndirmişdi…

Musavat.com

Həmçinin oxuyun

Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan …