Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Ölən qohumun kreditini niyə ödəməliyəm?

Ölən qohumun kreditini niyə ödəməliyəm?

Hər il dünyasını dəyişənlərin qohumları tərəfindən mediaya kredit borcları ilə bağlı müraciət daxil olur. Gözlənilməz hadisə və yaxud başqa səbəblərdən yaxınını itirmiş ailə üzvləri, xüsusilə də zamin duran şəxslər geriyə qalan borcu ödəməkdən imtina edirlər. Bu da banklarla həmin şəxslər arasında münaqişələrə səbəb olur.

Müştəri vəfat etdikdə geriyə qalan məbləğ necə olur?

Qafqazinfo”nun məlumatına görə, Avropa ölkələrində fəaliyyət göstərən banklar müştərilərin razılığı ilə istehlak krediti götürən müştərinin həyatını kredit müddəti bitənə qədər sığortalayırlar. Kredit götürən şəxsin başına hadisə gəlsə, məbləği sığorta şirkəti ödəməli olur. Ancaq sığorta xərcləri elə də az olmadığı üçün ölkəmizdə fəaliyyət göstərən bankların az bir hissəsi müştərilərin həyatını sığortalamağa maraqlıdır. Belə ki, sığorta haqqı borc alanın yaş qrupundan asılı olaraq dəyişir, əgər borc alan həddən artıq yaşlıdısa, kreditin 7-8%-ə qədər sığorta haqqı faizləri qalxa bilər. Ən aşağı faizlər isə daha aşağı yaş qrupu yəni cavan insanlar üçün tətbiq olunur ki, bu halda təqribən 1-2% həcmində tutulur.

Qanunvericiliyə əsasən isə borc alan şəxs həyatda yoxdursa, öhdəlik həmin şəxsin qanuni vərəsəsinə düşür. Rəhmətə getmiş şəxsin qanuni vərəsəsi onun mirasının sahibi olmaqla yanaşı (debitor), həm də kimi borclarının öhdəliklərini daşıyır (kreditor).

Praktikada isə adətən verilən kreditlərə 3-cü tərəfin zəmanəti olur. Borc alan rəhmətə getdikdə zamin duran şəxslər artıq bu öhdəliyi daşıyan şəxslər hesab olunur.

Bu kimi hallarda gecikməyə görə cərimə faizləri necə hesablanır?

Bank nümayəndəsi yas mərasimində iştirak edərək şəxsin rəhmətə getməsini təsdiqləyir. Ölüm şəhadətnaməsi banka təqdim edildikdən sonra, gecikmə üzrə cərimə faizlərin hesablanıb hesablanmaması yenə də hər bir kredit təşkilatının, bankın daxili nizamnaməsinə uyğun qaydalarla müəyyələşdirilir. Bu zaman gecikməyə görə cərimələr ödəyici rəhmətə gedən gündən dayandırıla da, hesablamağa davam edə də bilər. Kreditlərin hesablanma metoduna görə əgər ödəniş 90 gündən artıq gecikdirilirsə, hesablanma dayandırılmalıdır. Bu Mərkəzi Bankın təlimatıdır. Bu təlimatın əsas vəzifəsi bankların bilərəkdən gəlirlərini şişirtməsinin qarşısını almaqdır.

Kredit borcu olan şəxs öldükdə kreditin ödənməsi prosesində hər hansı bir dəyişiklik baş verirmi?

Bu zaman müəyyən fərqlər, hətta istisnalar ortaya çıxa bilər. Ailə üzvləri mövcud vəziyyətdə kreditborcunun aylıq ödənişi 150 manat idisə, cəmi 100 manat ödəyə biləcəklərini söylədikdə, əksər hallarda bank tərəfi bunla razılaşır. Ancaq ilkin olaraq kredit müqaviləsinin müddəti uzadılmır. Bundan başqa, zaminin və ya zaminlərin razılığı ilə aylıq ödənişlərin dəyişdirilməsi üçün ərizələr qəbul olunaraq, müddət uzadılmadan, ödəniş məbləğinin dəyişdirilməsi halı rəsmiləşdirilə bilər.

“Qafqazinfo”nun əməkdaşı məsələylə bağlı iqtisadçı ekspert Rəşad Həsənovdan münasibət öyrənib. Ekspert bildirib ki, hazırda bəzi banklar müəyyən sığorta şirkətləri ilə əməkdaşlıq etməyə məcbur olurlar:

“Bildiyimiz kimi, vətəndaşın həyat sığortası olduğu təqdirdə ölümündən sonra qalıq məbləği sığorta şirkəti ödəyir. Ancaq hazırda banklarla sığorta şirkətlərinin münasibəti elə də qənaətbəxş deyil. Bəzi bankların sığorta şirkəti seçmək kimi azadlığı olmadığı üçün müəyyən şirkətlərlə əməkdaşlıq etməyə məcburdurlar. Bu da müxtəlif təzyiqlər vasitəsilə tənzimlənir. Digər bir halda da bir çox bankların öz sığorta şirkətləri var və bu yolla kənar yerlərə ödənişlər edilməsinin qarşısını almağa çalışırlar. Xüsusilə, seçim edə bilməyən banklar sonradan sığorta haqlarının alınmasında ciddi problemlərlə üzləşirlər. Şirkətlər müxtəlif bəhanələr gətirərək ödənişləri icra etməkdən boyun qaçırırlar. Belə olduğu təqdirdə də sığorta sənədləri formal xarakter daşıyır. Ancaq qanunvericilik buna tam şərait yaradır”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın