Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Oğuzda yol qəzasında ər-arvad yaralandı – Vəziyyətləri ağırdır

Oğuzda yol qəzasında ər-arvad yaralandı – Vəziyyətləri ağırdır

Oğuzda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda, Oğuz rayon ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Oğuz rayon Kərimli kənd sakinləri- 1956-cı il təvəllüdlü Mahmudov Alxas Mahmud oğlu və həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mahmudova Malikə Abdulhüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.REKLAM

Yaralıların vəziyyəti ağır olduğundan onlar sonradan Şəki şəhər mərkəzi xəstəxanasına göndərilib.

Faktla  bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …