Bazar , Yanvar 17 2021
Ana səhifə / Kriminal / Oğuz rayon Təhsil şöbəsinə məxsus avtomobil yanıb- FOTO

Oğuz rayon Təhsil şöbəsinə məxsus avtomobil yanıb- FOTO

Oğuz rayonunda avtomobil yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Chevrolet Niva” markalı, 48 AA 048 dövlət qeydiyyatı nişanlı avtomobil anidən alışıb. Hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və avtomobilin tamamilə yanmasının qarşısı alınıb. Ancaq maşının mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Məlumata görə, avtomobil Oğuz rayon Təhsil şöbəsinə məxsusdur.

Həmçinin oxuyun

Axtarışda olan 46 nəfər saxlanıldı – RƏSMİ

Daxili İşlər Nazirliyini ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik …