Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / Oğlunun gözü qarşısında arvadını 30 bıçaq zərbəsi ilə öldürən şəxsin təəccübləndirən izahı-TƏFƏRRÜAT

Oğlunun gözü qarşısında arvadını 30 bıçaq zərbəsi ilə öldürən şəxsin təəccübləndirən izahı-TƏFƏRRÜAT

Arvadını xüsusi amansızlıqla, azyaşlı övladının gözü qarşısında 30 bıçaq zərbəsi ilə öldürməkdə ittiham edilən Rafiq Hüseynov hakim qarşısına çıxarılıb.

Cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə davam etdirilir.

Hadisə Abşeron rayonunun Digah qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızı əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlu tərəfindən qətlə yetirilib.

İttihamda yazılır ki, Rafiq Hüseynov şəxsi münasibətlər zəminində, aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında Sanara Əyyubovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürüb.

R.Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə araşdırması zamanı dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, R.Hüseynov son günlər aralarında soyuqluq yarandığı üçün arvadı ilə mübahisə edib. O, arvadının başqa kişilərlə münasibətindən şübhələnib və ondan mobil telefonundakı nömrələri soruşub.

Bu cür mübahisələr tərəflər arasında dəfələrlə təkrarlanıb. Sonuncu belə mübahisə zamanı Sanara Əyyubova Rafiq Hüseynovun eyni ittihamlarından bezərək “yaxşı edirəm”, “bezmişəm, boşanacam səndən” deyərək cavab verib.

R.Hüseynov mətbəxdən götürdüyü bıçaqla arvadının qarın nahiyəsinə bir neçə zərbə vurub. Arvadı yerə yıxılan zaman daha bir neçə zərbə endirib. Arvadının öldüyünü düşünərək ayağa qalxan Rafiq Hüseynov Sanara Əyyubovanın da ayağa qalxdığını görüb. Bu zaman onun azyaşlı oğlu otağa gələrək onlara baxıb.

Rafiq Hüseynov oğlunun gözü qarşısında arvadının boğaz və sinə nahiyələrinə zərbələr endirməyə davam edib. Çoxsaylı zərbələrdən sonra Sanara Əyyubova çarpayıya yıxılıb və dünyasını dəyişib.

Sanara Əyyubovaya ümumilikdə 30 bıçaq zərbəsi dəyib.

Elan olunmuş ittihamla Rafiq Hüseynov özünü qismən təqsirli bildiyini deyib və arvadını öldürmək niyyətinin olmadığını söyləyərək, hər kəsi təəccübləndirib. Bildirib ki, məqsədi arvadını qorxutmaq olub.

Törətdiyi əmələ görə Rafiq Hüseynovu 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Məhkəmə prosesində mərhumun qardaşı hüquqi varis kimi iştirak edib. O, istintaqdakı ifadəsini təsdiqləndiyini deyib. Bildirib ki, Rafiq Hüseynova qanunla nəzərə tutulan cəzanın verilməsini istəyir.

O da məlum olub ki, Rafiq Hüseynovun övladları hazırda Sanara Əyyubovanın atasının himayəsindədir.

Musavat.com

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …