Ana səhifə / Kriminal / Oğlunun “ciyəraxşamı”nda qumar təşkil edən ata həbs edildi

Oğlunun “ciyəraxşamı”nda qumar təşkil edən ata həbs edildi

Beyləqanda qumar mərasimi iştirakçıları saxlanılıb.

“Azinorum.az” DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib. Qərara əsasən, 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.

“Azinforum.az”ın əldə etdiyi məlumata görə, hadisə S.Mehdiyevin övladının kiçik toy mərasimi ilə əlaqədar keçirilən “ciyəraxşamı” mərasimində baş verib. Həbs edilən S.Mehdiyevin övladının bu gün kiçik toy mərasimidir.

Həmçinin oxuyun

“Bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə …