Ana səhifə / Kriminal / Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada öldü

Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada öldü

Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb.

“Report”un verdiyi məlumata görə, bir müddət əvvəl rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlarla baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Məmmədhəsənovun ölümündə şübhəli bilinən oğlu Yaşar Məmmədhəsənov saxlanılılb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …