Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Ögey ata evdəki hər iki qızı zorlayıbmış – Səs-küylü hadisənin davamı

Ögey ata evdəki hər iki qızı zorlayıbmış – Səs-küylü hadisənin davamı

Bir müddət əvvəl Baləkəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan qızla bağlı xəbər ölkə gündəmində ciddi şəkildə müzakirə olunmuşdu.

Azinforum.az xəbər verir ki, “Qafqazinfo” hadisə ilə bağlı yeni detallar əldə edib. Belə ki, 4 aylıq istintaq prosesinin sonunda məlum olub ki, Şindiyev Elçin qeyri-rəsmi nikahda yaşadığı qadının ikinci qızını da zorlayıb. Artıq istintaq müddəti yekunlaşıb və iş məhkəməyə göndərilib.

Qeyd edək ki, hadisədən sonra qadın üç uşağı ilə birgə Bakıda Uşaqlar Birliyinin sığınacağında məskunlaşmışdı.

Hamilə qalan birinci qızın hamiləliyinə isə qeysəriyyə üsulu ilə son qoyulmuşdu.

Artıq ailənin sığınacaqda reablitasiya dövrü başa çatıb və onlar evlərinə yola salınıb. 

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …