Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Nüfuzlu biznesmeni öldürmək göndərilən azərbaycanlı killer yaxalandı

Nüfuzlu biznesmeni öldürmək göndərilən azərbaycanlı killer yaxalandı

Kipr polisi (yunan Kipri,-red.) bu ölkədə yaşayan “nüfuzlu biznesmeni” öldürmək üçün göndərildiyi ehtimal edilən azərbaycanlı killeri yaxalayıb. Bu haqda in-cyprus.philenews.com portalı polisdəki mənbələrə istinadən bildirir.

Məlumata görə Rusiya pasportu daşıyan 38 yaşlı azərbaycanlı bu həftənin bazar ertəsi, sentyabrın 27-də Kiprin yunan hissəsi ilə türklər yaşayan hissəsi arasındakı Aqios Dometios nəzarət-buraxılış məntəqəsini keçdikdən tezliklə sonra Nikosiyada saxlanılıb. Polis bir neçə gündür onu izləyirmiş, saxlanılarkən bu şəxsin avtomobilində səsboğucu ilə təchiz edilmiş tapança aşkarlanıb

Polis ehtimal edilir ki, şübhəli şəxs Nikosiyada qətl törətməyi planlaşdırıbmış. Belə aydın olur ki, saxlanılan azərbaycanlı tək olmayıb, onunla birlikdə daha bir neçə azərbaycanlı Kiprə gedib. Məlum olub ki,  azərbaycanlılar bir neçə gün əvvəl Kirpin Larnaka aeroportuna enən təyyarədə olublar. Onlar daha sonra adanın türk hissəsinə (tanınmamış Şimali Kipr Türk Respublikasına,-red.) keçiblər. Lakin bazar ertəsi onlar yenidən Kipr respublikasına geri qayıdıblar.

Polis istisna etmir ki, bu şəxslərin qurbanı son illər Kiprdə yaşayan və işləyən israilli biznesmen ola bilərdi. Lakin dəqiq dəlillər olmadığından bu barədə rəsmi açıqlama verilmir, şübhəli şəxs isə susur və istintaqla əməkdaşlıqdan imtina edir. virtualaz.org

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …