Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Novxanıda attraksion üstündə dava – Bir nəfər öldü

Novxanıda attraksion üstündə dava – Bir nəfər öldü

Novxanıda yerləşən “Aqua Park” əyləncə mərkəzində ölüm hadisəsi baş verib.

” Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verib və bir nəfər həyatını itirib.

Əyləncə mərkəzinin meneceri Sevinc xanım (soyadı dəqiqləşdirilməyib) faktı təsdiqləyib. O bildirib ki, hazırda həmin yerə gedir: “Mənə məlumat veriblər. Lakin həyatını itirən vətəndaşın şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Hadisənin necə baş verdiyindən xəbərsizəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə bildirib ki, bu barədə Mətbuat Xidmətində məlumat yoxdur.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …