Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Novruz bayramı günlərində Azərbaycana daha çox İran vətəndaşları gələcək

Novruz bayramı günlərində Azərbaycana daha çox İran vətəndaşları gələcək

Novruz bayramı günlərində Azərbaycana daha çox turistin İrandan gələcəyi gözlənilir. Bunu “Trend”ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, hotellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlaşdırılıb.

M.Ağakərimov qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana ərəb ölkələrindən, Rusiyadan da turistlərin gələcəyi gözlənilir:

“Bakıdakı hotellərdə demək olar ki, yerlər qalmayıb. Lakin İrandan ölkəmizə gələn turistlər yalnız hotellərdə qalmırlar. Onlar Azərbaycana gəldikləri zaman ayrı-ayrı evlərdə də yerləşirlər”.

AzTA rəsmisi qeyd edib ki, Novruz bayramı günlərində ölkəmizə gələcək turistlər üçün müxtəlif dillərdə ekskursiyaların təşkil edilməsi imkanları da var.

M.Ağakərimovun sözlərinə görə, Azərbaycana gələn turistlərin sayı martda artacaq. Lakin turistlərin sayının artması sonrakı aylarda da davam edəcək:

“Qarşıdan 4-cü İslam Həmrəliyi Oyunları və Formula-1 Azərbaycan Qran Prisi də gəlir. Proqnozlarımıza görə, beynəlxalq konfransların, konqreslərin, simpoziumların keçirilməsi ilə əlaqədar payız aylarında da turistlərin sayı artacaq”.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-21-də qeyd edilir. Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab ediləcək.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın