Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Nişan günü intihar edən qızın sevgilisi danışdı: “Bir yerdə böyüyən uşaqlarıq” – VİDEO

Nişan günü intihar edən qızın sevgilisi danışdı: “Bir yerdə böyüyən uşaqlarıq” – VİDEO

Qaxda baş verən intihar hadisəsinin təfərrüatları məlum olub.

BAKU.WS-in məlumata görə, hadisə rayonun Ağyazı kəndində qeydə alınıb. “Hadisə harada – Tahirə orada” verilişi həmin kənddə olub.

Kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələ də məlum deyil.

Məlumata görə, S. Əbdürrəhmanovanın intihar etdiyi gün nişanı olacaqmış.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …