Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / «Neptun»da qanunlar və istehlakçı hüquqları kobud surətdə pozulur

«Neptun»da qanunlar və istehlakçı hüquqları kobud surətdə pozulur

Supermarketlər şəbəkəsinin fəaliyyəti ciddi neqativ hallarla müşayət olunur 2003-cü ildən fəaliyyətə başlayan «Neptun» supermarketlər şəbəkəsi nədənsə son zamanlar istehlakçıların hüquqlarını kobud surətdə pozur, vergidən yayınma hallarına yol verir və bununla da dövlətə külli miqdarda ziyan vurur. Adıçəkilən supermarketlər şəbəkəsinin Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, Tbilisi prospekti 1058, Xudu Məmmədov küçəsi 24/95, Rəsul Rza küçəsi 29/42, Asif Məhərrəmov küçəsi 20 C, Məhəmməd Hadi küçəsi 130, Cəlil Məmmədquluzadə 9/98, Nəcəfqulu Rəfiyev küçəsi 25A, Həsənoğlu küçəsi 4 (H.Əliyev Mədəniyyət Mərkəzinin arxası), Muxtar Fətəliyev küçəsi (Park Plyus Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi), Telnov küçəsi 2347-48 ünvanında, həmçinin Binəqədi şosesi, Respublika Dövlət Yol Polisi idarəsinin yanında filiallarının olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, Vergilər Nazirliyi bir müddət əvvəl «Neptun»da ciddi yoxlamalar aparıb. Belə ki, təxminən ay yarım öncə sözügedən nazirliyin «Neptun» marketlər şəbəkəsinin Nəcəfqulu Rəfiyev küçəsi 25A ünvanında yerləşən «Neptun Xətai» və Rəsul Rza küçəsi 29/42 ünvanındakı «Neptun Həzi Aslanov» marketlərində təftişə start verdiyini qeyd edən mənbə bildirir ki, bu zaman bir sıra neqativ hallar aşkarlanıb: «Neptun» supermarketlər şəbəkəsinin fəaliyyətindəki nöqsanlarla bağlı şikayətlərin ardı-arası kəsilmir. Deyilənlərə görə, burada müştəriləri daim aldadırlar. Belə ki, müştərilərə təqdim olunan məhsulların bir qismi keyfiyyətsiz və vaxtı ötmüş olur. Vaxtı keçmiş məhsulları endirim adı altında ucuz qiymətə sataraq ziyana düşmürlər. O da qeyd olunur ki, Neptun» supermarketlər şəbəkəsində qiymətlər digər mağazalarla müqayisədə kəskin bahadır. Bundan başqa, kassalarda təqdim olunan qəbzlə vitrinlərdə göstərilən məbləğ üst-üstə düşmür. Vergilər Nazirliyinin apardığı son yoxlamalar zamanı bunabənzər neqativ halların üstü açıldığı bildirilir». Bundan başqa, «Neptun» supermarketlər şəbəkəsində məhsulların çoxunda qiymətlərin göstərilmədiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, bu, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında» 15 aprel 1998-ci il tarixli 80 nömrəli qərarına tamamilə ziddir: «Deyilənlərə görə, malın üzərində qiymətin olmaması səbəbindən müştərilər kortəbii şəkildə məhsulu səbətə yığır. Nəticədə isə kassada məbləğ yüksək göstərilir. Bu isə Nazirlər Kabinetinin müvafiq qərarına ziddir. Çünki «Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında» qərarda birmənalı şəkildə göstərilib ki, satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə mütləq maddi-məsul şəxsin imzası və doldurulma tarixi olmalıdır. Bundan başqa, qanunvericiliyə əsasən, vitrinə qoyulmuş malın son qiyməti dəqiq göstərilməlidir.

Əfsus ki, «Neptun» supermarketlər şəbəkəsində buna lazımı qaydada əməl olunmur. Bu isə birbaşa istehlakçı hüquqlarının pozulması deməkdir». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, paytaxt sakinlərindən biri bu yaxınlarda «Neptun» supermarketlər şəbəkəsində tam fərqli fırıldaqçılıqla üzləşib. Belə ki, şikayətçi bildirir ki, supermarketdə şişirdilmiş qiymətlər var və alıcıların hüquqları tapdanır: «Aldığımız «Huggies» 20 manata satılırdı. Bir ay sonra isə vitrində 24 manat 75 qəpiyə satışa qoyulmuşdu. Hətta satıcılardan bizə bildirildilər ki, 4-5 qutu qabaqcadan alın. Çünki hər ay 5 manat bahalaşması gözlənilir. Lakin 5 gün sonra həmin malın aptekdə 19 manata satıldığının şahidi oldum. Şikayətimizi onlara çatdırdım. Ancaq etiraf etmədilər. Dedilər ki, bütün filiallarda uşaq bezlərinin bir bağlaması 20 manatdan yuxarı satılmır. Ondan sonra qəbzin şəkillərini təqdim etdim». Hələ bu, harasıdır. Deyilənlərə görə, «Neptun» supermarketlər şəbəkəsində satılan bəzi yeməklərin üzərində milçək və qarışqaların qaynaşdığı da iddia olunur. Belə ki, paytaxt sakininin sözlərinə görə, marketdə milçək qovan aparat quraşdırılsa da, bu heç nəyi dəyişmir: «Bununla bağlı bir neçə dəfə şikayət etmişəm. Ancaq nə xeyri var? Vəziyyət dəyişməyib. Bu yaxınlarda «Neptun» marketin Xətai filialından konfet aldım. Evə gəlib konfeti açdım, konfetin içərisindən qurd çıxdı. Səhəri gün gedib şikayət etdim ki, dünən sizdən konfet almışam içərisindən qurd çıxıb. Marketdə işləyən satıcılar isə şikayətimə məhəl qoymayıb, «vaxtımızı almayın, müştərilərimiz çoxdur, sizə ayıracaq vaxtımız yox. Gedin şikayətinizi başqa yerdə edin» deyib işlərinə davam etdilər». Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, «Neptun» supermarketlər şəbəkəsinin fəaliyyəti qanunların və istehlakçı hüquqlarının kobud surətdə pozulması ilə müşayət olunur. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın