Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Neftin qiyməti 130 dollara qalxacaq”- Proqnoz

“Neftin qiyməti 130 dollara qalxacaq”- Proqnoz

ABŞ-ın neft hasilatı 2017-ci ildə gündəlik 8,6 mln. barelə endikdən sonra 2040-cı ilə qədər 11,3 mln. barelə yüksələcək. Buna səbəb neftin qiymətinin cari 50 dollar/barel səviyyəsindən 130 dollar/barelə yüksəlməsi olacaq.

Belə ki, ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları İdarəsinin illik energetika proqnoz hesabatına görə, hasilat əsasən neftin qiymətinin artması, iş metodlarının effektivliyinin yüksəlməsi, texnologiyanın inkişafı nəticəsində xərclərin azalması və çətin hasil olunan neft resursların rahat əldə olunması ilə baş tutacaq. Hesabatda 2016-cı ildə orta neft qiymətlərinin 36 dollar/barel olacağı proqnozlaşdırılıb.

Həmçinin bildirilib ki, neftin qiymətinin kəskin azalması əsasən çətin hasil olunan neftin həcminin azalmasına gətirib çıxarıb. Belə ki, 2015-ci ildə bu tip neftin gündəlik hasilatı 4,9 mln. barel/gün olubsa 2017-ci ildə bu göstəricinin 4,2 mln. barelə enməsi gözlənilir. 2040 -cı ilə qədər isə hasilatın 7,1 mln. barel/günə yüksəlməsi ehtimal edilir.

ABŞ-ın neft hasilatının artırmasına həmçinin şelf yataqlarındakı ehtiyatların işlənib hazırlanması kömək edəcək. Belə ki, 2040-cı ilə qədər şelf sahələrindən hasilatın gündəlik 1,6 mln. barelə çatması propqnozlaşdırılır. “Report”

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın