Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Neftin qiyməti 11 illik minimuma enib

Neftin qiyməti 11 illik minimuma enib

Dünya bazarında “Brent” markalı neftin bir barelinin qiyməti son 11 ilin ən minimal həddinə enib. “Report” xəbər verir ki, bu gün səhər saatlarında “Brent” markalı neftin bir barelinin qiyməti 36,18 dollara qədər enib. 
Qeyd edək ki, bu qiymət “Brent”in 2008-ci il dekabrında satıldığı 36,20 dollar/barel səviyyəsindən aşağıdır. Neft qiymətlərinin enməsinə səbəb ABŞ Konqresində neft ixracı embarqosunun qaldırılması və İran neftinin bazara çıxırılması ilə bağlı hazırlıq görməsi xəbərləri olub.
“Report”un analitik qrupu xəbər verir ki, “Brent” markalı neftin qiymətinin ardıcıl bir neçə gün 36,20 dollar/barel səviyyəsindən aşağı qalacağı təqdirdə, qiymətlərin 23 dollar/barelə qədər enməsi ehtimal edilir. İran neftinin bazara daxil olması və Çin iqtisadiyyatının zəif göstəricilərinin açıqlanması 2016-cı ilin ilk rübündə neftin qiymətini kəskin aşağı sala bilər. Uzunmüddətli perspektivdə isə neftin qiyməti 20-50 dollar/barel diapazonunda dəyişəcək.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın