Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / Nefti gözləyən “qara çərşənbə”

Nefti gözləyən “qara çərşənbə”

Neft ixrac edən ölkələrin karteli OPEC-in hasilatın azaldılmasına dair razılaşma əldə etmək ehtimalı Vyana görüşünə üç gün qalmış daha da azalıb.

Xəbər verildiyi kimi OPEC ölkələri ilə kartelə üzv olmayan hasilatçı ölkələr, o cümlədən Azərbaycan arasında Vyanada sabah noyabrın 28-nə Vyanada nəzərdə tutulmuş görüş baş tutmayıb. Buna səbəb həm Rusiyanın mövcud hasilat səviyyəsini aşağı salmaq təkliflərini qəbul etməyərək ancaq gələn ilə planlaşdırılan hasilat artımından imtina etməyə hazır olması, həm də OPEC ölkələrinin öz aralarında hasilatın azaldılmasına dair razılığa gələ bilməməsidir.

Nəticədə Səudiyyə Ərəbistanı OPEC üzvləri ilə kartel üzvü olmayan ölkələrin məsləhətləşmələrinin keçirilməsinə ehtiyac olmadığını bildirib. Və bu bəyanat birjalarda dərhal öz təsirini göstərib. Neft bir gündə 3 faizdən çox ucuzlaşıb və bir barrel üçün 49 dollardan 47 dollara qədər geriləyib.

Xatırladaq ki, hasilatın dondurulması ideyası bir müddət əvvəl Rusiya və OPEC-ə daxil olan bəzi ölkələr tərəfindən irəli sürülmüşdü. Və bu ideyanın müzakirəsinin özü belə neftin qiymətini 50 dollar səviyyəsinə qaldırmağa kömək etdi. Lakin bazarı spekulyaiyalarla uzun müddət idarə etmək çətindir və sözdən işə keçmək məsələsinə gələndə nə OPEC-də hasilatı azaltmaq barədə razılığa gələ bildilər, nə də kartelə üzv olmayan ölkələr buna razı oldu. Qeyd etmək lazımdır ki, kartelə üzv olmayan ölkələrdən bu məsələdə ən qəti mövqeyi Azərbaycan ifadə edib, prezident İlham Əliyev bildirib ki, Azərbaycan birtərəfli qaydada hasilatı artırmamaq barədə qərar qəbul edir və başqa ölkələrdən də analoji qərar gözləyir.

Ancaq Rusiyanın energetika naziri Aleksandr Novak ötən həftə izah edib ki, onun ölkəsi hasilatı gələn ilki artımın bir qismi hesabına dondurmağı nəzərdə tuturdu. Yəni Rusiya əslində hasilatı nəinki azaltmır,  eyni zamanda gələn il artırmağı da nəzərdə tutur və kompromis kimi bu artımın bir hissəsindən imtina etməyə hazırdır. Səudiyyə Ərəbistanı isə bildirir ki, kartelə üzv olmayan ölkələr sutkalıq məhz mövcud hasilatı 800 min barrelə qədər azaltmaldıdır.

Rusiyanın energetika naziri Aleksandr Novak isə bu məsələni şərh edərkən deyib ki, hasilatı azaltmaq barədə ilk növbədə OPEC üzvləri özləri razılığa gəlməlidir. “Biz bu mövqe ilə həmrəyik ki, ilk növbədə OPEC üzvləri öz aralarında hasilatı azaltmaq barədə qərar verməlidir. Yalnız bundan sonra OPEC-ə üzv olmayan ölkələrin bu razılaşmaya qoşulması haqda danışmaq olar”-Novak deyib.

Beləliklə, OPEC  üzvü olmayan ölkələrin mövcud hasilatı azaltması artıq baş tutmayan məsələdir. Və belə görünür ki, OPEC-in noyabrın 30-da keçiriləcək toplantısında kartel üzvlərinin özləri də hasilatı azaltmaq barədə razılığa gələ bilməyəcəklər. Çünki İran nəinki indiki sutkalıq 3.8 milyon barrel hasilatı azaltmaq, eyni zamanda daha çox neft hasil edib bazarda mövqelərini möhkəmləndirmək niyyətindədir.

“The Wall Street Journal” xəbər verir ki, İranın neft naziri Bejan Zəngane noyabrın 30-da keçiriləcək toplantıda OPEC-in Tehrandan hasilatın azaldılmasına dair razılaşmaya qoşulmasında israr etməyəcəyinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, İran ancaq bazarda itirdiyi mövqeləri geri qaytarandan sonra bu məsələni müzakirə edə bilər.

Göründüyü kimi sentyabrın 30-da OPEC-in toplantısında hasilatın azaldılması barədə qərarın qəbul olunması ehtimalı çox azdır, yaxud bu variant az qala istisnadır. Bu isə birjalarda neftin qiymətinin növbəti kəskin enməsinə, “qara çərşənbə”yə səbəb ola bilər. Çünki hər dəfə hasilatçı ölkələr toplaşıb qərar qəbul etməyəndə bu, bazarlara spekulyativ təsir göstərir. (Virtualaz.org)

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …

Bir cavab yazın