Ana səhifə / Kriminal / Neftdə gözlənilən böyük ucuzlaşma: Azərbaycan növbəti sınağa hazırdırmı?

Neftdə gözlənilən böyük ucuzlaşma: Azərbaycan növbəti sınağa hazırdırmı?

İran son beş il ərzində, demək olar, ilk dəfədir ki, Avropa Birliyindən neft məhsullarının satışına görə pul alıb.

Bu barədə İranın neft-kimya ticarəti şirkətinin icraçı direktoru Mehdi Şərif Niknafs bildirib. Onun sözlərinə görə, sanksiyaların fəaliyyəti dayandıqdan sonra İran şirkəti ispan banklarının biri ilə saziş bağlamağa nail olub.

Niknafs bildirib ki, embaro üzündən İran Avropa ölkələrinə neft-kimya məhsulları sata bilmirdi. Ancaq beş il ərzində aparılan danışıqlardan sonra bu məsələdə irəliləmə baş verdi.

İranın üzərindən embarqonun götürülməsinin dünya neft bazarına təsiri yüksəkdir. Hazırda İran dünya neft hasilatının 4%-ə qədərini təmin edir. Ölkənin sutkalıq neft hasilatı 4 milyon barel ətrafında dəyişir.

Qərbin sanksiyalarına qədər, İranın gündəlik neft hasilatı sutkada 4,2 milyon barel təşkil edirdi. Həmin neftin 2,5 milyon bareli ixrac edilirdi. Sanksiyalar tətbiq ediləndən sonra İranın xaricə göndərdiyi neft 1,1 milyon barel azaldı. Özü də həmin neft əsasən Asiya-Sakit okeanı regionuna yola salınırdı. Bunun və OPEK-in hasilatı məhdudlaşdırmasının nəticəsidir ki, sanksiylardan sonra neft sürətlə bahalaşdı və Brent neftinin bareli 116 dollara satıldı.

İndi isə əks proses gedir. İran tərəfi bəyan edir ki, 2018-ci ilə kimi ölkə neft hasilatını sutkada 5,7 milyon barelə qədər qaldıracaq. Həmçinin dünya bazarlarına yola salınajaq neft 1 milyon barel artırılacaq. Asiya-Sakit okean regionunda, xüsusilə də Çində müşahidə edilən iqtisadi böhran üzündən həmin bölgə üçün nəzərdə tutulan İran neftinin bir qismi də Avropaya yola düşəcək.

Üstəlik, ABŞ “qara qızıl”ın ixracına qoyduğu 40 illik embarqodan sonra öz neftini ilk dəfə olaraq xaricə çıxarıb. “ConocoPHillips” şirkətinə məxsus neftlə dolu tanker Texas ştatının Korpus-Krisi şəhərindən İtaliya limanlarından birinə doğru istiqamət götürüb. Bu neft partiyası İsveçrə-Niderland birgə şirkəti “Viol” üçün nəzərdə tutulub. ABŞ yaxın günlərdə sözügedən ünvana daha bir tanker göndərəcək.

Bütün bunlar hələ iyul ayında – İranla “altılıq” arasında anlaşma əldə ediləndən dərhal sonra neftin qiymətinin barel üzrə 15-20 dollara düşəcəyi barədə irəli sürülən pessimist öncəgörmələrin çin olacağını ortaya çıxarır. Bu barədə yazan şərhçilər Rusiya və Azərbaycan kimi ölkələrin böhrana girə biləcəyini vurğulayırdılar. Göründüyü kimi, artıq hadisələr buna doğru aparır və Azərbaycan ciddi sınağa çevriləcək bu varianta hazır olmalıdır. (ANS PRESS)

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın