Cümə , Dekabr 4 2020
Ana səhifə / Kriminal / Neftçalada arvadı küsüb gedən kişi özünü bıçaqladı

Neftçalada arvadı küsüb gedən kişi özünü bıçaqladı

Neftçalanın Kürqarabucaq kəndinin sakini özü-özünə bıçaq xəsarəti yetirib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 32 yaşlı Cahangir Əsəd oğlu Quliyev özü-özünə qarın nahiyəsindən bir bıçaq zərbəsi vurub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi deyilir. Belə ki, C.Quliyevin həyat yoldaşı 2 azyaşlı övladından birini özü ilə götürərək Lerik rayonundakı ata evinə gedib, o da buna etirazını özünü bıçaqlamaqla bildirib.

Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən C.Quliyevin vəziyyəti hazırda yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

*  *  *01:04

Neftçala sakini özünü bıçaqlayıb.

Neftçalanın Külqarabucaq kənd sakini 1986-cı il təvəllüdlü Quliyev Cahangir Əsəd oğlu özünə iki bıçaq xəsarəti yetirib.

C.Quliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. (APA)

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …