Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Kriminal / Neftçala Əməliyyat Şirkətində operatorlar arasında dava düşdü

Neftçala Əməliyyat Şirkətində operatorlar arasında dava düşdü

Bu gün səhər saatlarında Neftçala Əməliyyat Şirkətinin rayonun Mirqurbanlı kəndində yerləşən 2-ci mədənində 26 yaşlı işçi bıçaqlanıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, dava nəticəsində bıçaq xəsarəti alan Neftçala ƏŞ-nin operatoru Hidayət Ziyafət oğlu Əkbərov Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

İş yoldaşına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs Neftçala Rayon Polis Şöbəsinə gətirilərək təhqiqata təqdim olunub.

Hadisənin Hidayət Əkbərov və onunla birgə mədəndə usta işləyən atası Ziyafət Əkbərovun başqa bir iş yoldaşları ilə mübahisəsi zəminində baş verdiyi deyilir.

Həmçinin oxuyun

Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı – “Rəis” Badri ilə nə barədə söhbət edib?

Türkiyənin yeraltı dünyasının lideri Sedat Pekerin (“Rəis”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla konfliktdə olan gürcü …