Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Neft hasilatını azaltmaq qərarına Azərbaycan da qoşulub

Neft hasilatını azaltmaq qərarına Azərbaycan da qoşulub

Rusiya və OPEC-ə daxil olmayan başqa neft ixracatçısı ölkələr qiymətləri qaldırmaq məqsədilə hasilatı ixtisar etmək barədə razılığa gəliblər.

Dekabrın 10-da Vyanada keçirilən danışıqlarda bu ölkələr OPEC-in daha əvvəl qəbul etdiyi ixtisar planına qoşulmaq barədə qərar qəbul ediblər.

OPECqeyri-OPEC ölkələrinin ümumi məqsədi neft hasilatını azaltmaqla bazardakı izafi xammalı tükəndirmək və beləliklə neft qiymətlərinin qalxmasına təkan verməkdir.

Bu razılaşmaya qoşulmaqdan yalnız Boliviya imtina edib. Bu barədə məlumatı OPEC-in prezidenti, Qətərin enerji və sənaye naziri Muhammed ben Saleh əs-Səd-ə istinadla Bloomberg saytı verib.

Azərbaycan simvolizmi

Neft hasilatını azaltmaq qərarına qoşulmuş 11 ölkənin arasında Azərbaycan da var, hərçənd neft ekspertləri Azərbaycanın neft ehtiyatlarınlın onsuz da təbii səbəblərdən kifayət qədər sürətlə azaldığını bildirirlər. Bu mənada Azərbaycanın Bəhreyn, Bruney, Ekvatorial Qvineya, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan və Cənubi Sudana qoşulmasını simvolik addım adlandırmaq olar.

Bloomberg News saytında Will Kennedy yazır ki, Meksika və Azərbaycanın neft yataqları çox köhnəlib və onların hasilatı onsuz da təbii səbəblərlə azalır.

“Amma OPEC bu təbii azalmanı, əslində mövcud olmadığı halda hasilat ixtisarı kimi qələmə vermək istəyəcək” – yazır Kennedy.

Rusiyanın və Səudiyyənin enerji nazirləri Aleksandr Novak (solda) və Xalid əl-Falih bir-birlərini təbrik edirlər

Rusiyanın və Səudiyyənin enerji nazirləri Aleksandr Novak (solda) və Xalid əl-Falih bir-birlərini təbrik edirlər

Səudiyyə Ərəbistanının neft naziri Xalid Falih bu razılaşmanı “tarixi” adlandırıb.

Rusiyanın enerji naziri Aleksandr Novak isə deyib ki, onlar bu qərarın neft bazarını sabitləşdirəcəyinə ümid edirlər.

Xəbər verilir ki, 11 ölkənin birlikdə ixtisar edəcəyi neft günə 558 min barreldir. Bu, başlanğıcda qoyulmuş hədəfdən – 600 min barreldən azdır.

Bunun 300 min barreli Ruisyanın payına düşür. Rusiya son aylarda, əksinə neft hasilatını artırmaqda rekordlar vurub. Ötən noyabrda onun neft hasilatı gündə 11, 25 milyon barrelə çatıb.

Hələ bu görüşdən əvvəl Rusiya “texniki imkanları olarsa həmin bu 300 min barreli ixtisar edəcəyini” bildirmişdi.

O şərtin qüvvədə qalıb-qalmadığı bəlli deyil.

Neftin “ədalətli qiyməti” neçədir?

İki həftə bundan əvvəl OPEC ölkələri hasilatı gündə 1, 2 milyon barrel ixtisar edəcəkləri barədə saziş imzalayıblar.

Hazırda OPEC ümumilikdə günə 33, 6 milyon barrel neft hasil edir. OPEC-in ümumi ixtisarı onun hasilatının 4, 5 faizini təşkil etməlidir. Yeni saziş dünya neftini cəmi 1 faiz azaltmalıdır.

Bloomberg yazır ki, Azərbaycanın neft yataqları çox köhnəlib

Bloomberg yazır ki, Azərbaycanın neft yataqları çox köhnəlib

Venesuelanın enerji naziri Eulogio Antonio Del Pino Diaz deyib ki, 25 neft ölkəsinin ixtisar qərarı nefti “ədalətli qiymətinə” qaldıracaq.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev də hazırda neft qiymətlərinin “ədalətli olmadığını” bildirmişdi.

Amma nə Əliyev, nə də Venesuela naziri “ədalətli qiymətin” bir barrel üçün neçə dollar olduğunu dəqiqləşdirməyiblər.

Reuters yazır ki, bu razılaşma neft ixrac edən ölkələrin hasilatı azaltmaq əzmində olduqlarını göstərir.

“The Guardian” isə bildirir ki, iri neft hasilatçıları qiymətin 60 dollardan yuxarı qalxmasını istəmirlər, çünki bu halda Amerika neftinin bazara axını qiymətləri daha da sala bilər.

Qəzet bunu da yazır ki, “razılaşma əldə olundu, indi onu icra etmək qalır. Amma bu məsələdə OPEC qədim cığallıq tarixçəsinə malikdir”. (Azadliq.org)

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın